Daşınmaz əmlak
Bu gün Çexiyada daşınmaz əmlak hətta qlobal maliyyə böhranı fonunda baş verən və ümumdünya xarakter daşıyan tələbatın azalmasına rəğmən aktual olaraq qalır. Bu aktuallıq həm xaricilər, həm ölkənin öz vətəndaşları üçün inkarolunmazdır. Yerli əhali, ölkədə həyat səviyyəsi artdıqca, tədricən daha keyfiyyətli mənzillərin alınmasına üz tutur. Xarici vətəndaşların da Çexiyada daşınmaz əmlak almaq üçün aşağıda gəstərilən böyük maraq səbəbləri vardır:
Nisbətən aşağı qiymət | Elastik ödəmə şərtləri |
Daşınmaz əmlak üzərində biznes əməliyyatları | Sərfəli və etibarlı sərmayə |
1. Nisbətən aşağı qiymət
Avropanın digər ölkələrindən fərqli olaraq, Çexiyada daşınmaz əmlakın qiyməti əsassız olaraq şişirdilməyib. Yəni, Siz satıcının uzuzmüddətli gözləntilərini yox, əmlakın bu günə olan real qiymətini ödəyirsiniz. Çexiyada daşınmaz əmlakın qiymətinin düşməsi ehtimalı çox aşağıdır, çünki bu qiymət nə böhrandan əvvəl, nə böhran dövründə praktik olaraq dəyişməyib.
Məsələn, Praqada yeni tikilmiş əla səviyyəli binada yeraltı garajda maşın yeri olan, bütün kommunikasiyara qoşulmuş, təhlükəsizlik sistemi ilə təchiz olunmuş, blokda anbar otağı olan, tam təmirli 2 otaqlı mənzilin qiyməti 100.000 avroya yaxındır.
2. Elastik ödəmə şərtləri
Siz hətta yerli yox, xarici sərmayədar olsanız belə, bu hələ o demək deyil ki, Siz aldığınız daşınmaz əmlakın tam dəyərini elə indi ödəməlisiniz. Düzdür, əgər Sizin maliyyə durumunuz buna imkan verirsə, bu, hər zaman ən sərfəli variant sayılır.
Məsələn, Siz, dəyərinin cəmi 10%-ni ödəməklə, hələ tikilməkdə olan binada mənzil ala bilərsiniz – pulun qalan hissəsini Siz hətta binanın istismara verilməsindən sonra 1 il müddətində ödəyə bilərsiniz.
Bundan başqa, Çexiyada “Əcnəbilər üçün ipoteka” da mövcuddur – 30 ilədək müddətə verilən bu kreditin illik ödəmələri də çox aşağıdır – cəmi 6-7%.
Yeri gəlmişkən, bu cür ödəmə qaydaları həm də kommersiya yönlü daşınmaz əmlaka, taunhauslara, şəhərkənarı kotteclərə də şamil oluna bilər.
3. Daşınmaz əmlak üzərində biznes
Təbii ki, Siz aldığınız daşınmaz əmlakı sərfəli şərtlərlə kirayəyə verə bilərsiniz. Çexiyada daşınmaz əmlakın agentliklərə kirayəyə verilməsi geniş yayılmışdır. Bu cür agentliklər Sizin daşınmaz əmlakınızı sub-kirayəyə verir, və bu zaman, Siz ölkə daxilində olmadıqda, məhz agentlik əmlak üzərində nəzarəti və tam məsuliyyəti öz üzərinə götürür.
Yeri gəlmişkən, Siz daşınmaz əmlakı ipoteka yolu ilə əldə etmisinizsə, çox ehtimal ki, kredit üzrə bank ödənişləri hər ay aldığınız kirayə haqqından aşağı olacaq. Yəni, Siz ipoteka vasitəsilə mənzil alırsınız, bu kreditin faizlərini kirayədən aldığınız vəsaitdən ödəyirsiniz, və bir neçə ildən sonra Avropanın mərkəzində tam hüquqlu mənzil mülkiyyətçisi olursunuz.
4. Sərfəli və etibarlı sərmayə qoyuluşu
Avropada daşınmaz əmlak – hər zaman sərfəli və etibarlı sərmayə qoyuluşu deməkdir.
Çexiyada daşınmaz əmlak alarkən, Siz, ilk növbədə özünüzün iqtisadi sabitliyinizin səviyyəsini artırmış, özünüzü və ailənizi maliyyə risklərindən qorumuş olursunuz. Çexiyada daşınmaz əmlak sahibi olduqda Siz tam əmin ola bilərsiniz ki, Sizin nüfuzu və etibarlı olmasına sübut tələb olunmayan Avropanın güclü qanunvericilik sistemi tərəfindən qorunmuş kapitalınız var.
Bundan başqa, hamıya bəllidir ki, Avropada daşınmaz əmlak hətta uzunmüddətli perspektivdə belə ucuzlaşa bilməz – bunu tarix də göstərir. Bir sözlə, bu fürsəti əldən qaçırmayın!
LS INTERINVEST Sizə aşağıdakı xidmətləri təqdim etməyə hazırdır:
- Cexiyada istədiyiniz daşınmaz əmlakın tapılması;
- Alqı-satqının hüquqi tərtibatı;
- Ipoteka kreditinin alınmasında yardımın göstərilməsi;
- Daşınmaz əmlakın kirayəyə verilməsində yardımın göstərilməsi.