Bakıda çex dili kursları
"LS Inter Invest" şirkəti Azərbaycanda çex dilinin fərdi və qrup şəklində tədris edilməsi üzrə ixtisaslaşan yeganə şirkətdir.
Məşğələlərin məqsədi Çexiyada ali təhsil almaq istəyən gənclərin, eləcə də Çexiya Respublikasında daşınmaz əmlak almaq istəyən, və ya bizneslə məşğul olmaq istəyən, yaxud da Çexiyanı yaşayış məskəni seçmək istəyən şəxslərin çex dili bilikləri əldə etməsidir.
Məşğələlər həftədə 2-4 dəfə keçirilir. Məşğələlərin qiyməti:
Məşğələlərin tipi | Davamiyyəti | Bir dərsin qiyməti |
Fərdi | 1- 1,5 saat | 25 AZN |
Qrupda (2 nəfərdən 4 nəfərədək) | 1,5 saat | 20 AZN |
Kursumuza yazılan şəxsləri şərti olaraq üç kateqoriyaya ayırmaq olar.
Birinci qrup – Çexiyada öz bizneslərini qurmaq istəyən işgüzar insanlardır. Bildiyimiz kimi, Çexiya Respublikasında fərdi sahibkarlara uğurlu iş üçün hər bir şərait yaradılmışdır: firmaların qeydiyyatının sadəliyi, ağır olmayan vergilər, münasib icarə haqqları.
Şirkətimizin Bakıda və ya Praqada təşkil etdiyi çex dili kursuna yazılan insanların ikinci qrupu Çexiyaya imiqrasiya etməyi planlaşdıran şəxslərdir. Bugünkü Çexiya, öz əlverişli iqlimi, yaxşı ekoloji və sosial göstəriciləri ilə imiqrasiya üçün ən cəlbedici ölkələrdən biridir.
Nəhayət, üçüncü qrup – Çexiyanın nüfuzlu ali məktəblərinə qəbul olmaq istəyən abituriyentlərdir. Qeyd edək ki, Çexiyada təhsilin səviyyəsi olduqca yüksəkdir, respublikanın ali məktəbləri tərəfindən verilən diplomlar isə bütün dünyada tanınır. Bununla yanaşı, xüsusi qanuna əsasən əcnəbi tələbələrin ölkə vətəndaşları ilə bərabər hüquqları var ki, dövlət ali məktəblərində pulsuz təhsil alaınlar (yalnız çex dilində).