Çex universitetləri
Praqa Karl Universiteti
Hələ 1348-ci ildə Roma imperatoru və Çexiya kralı IV Karl mərkəzi Avropada ilk universitetin – Karl Universitetinin əsasını qoymuşdur. Bu Mərkəzi və Şərqi avropanın ən qədim ali təhsil ocağıdır.
Universitet Oksford, Sorbona, Bolonya, Jeneva Universitetləri ilə bərabər Əsas Avropa Ali Məktəbləri Assosiasiyasına daxildir. Bu ali məktəbin fakültələrində dünyanın aparıcı universitet müəllimləri mühazirələr oxuyur. Fənnlər çex və ingilis dilində tədris olunur.
Universitetin fakultələri
· Üç ilahiyyat fakültəsi (katolik, evangelist və qusist);
· Altı tibb fakültəsi (onlardan üçü Praqda, biri Plzen şəhərində və Qradets-Kralovidə, elece də əczaçılıq);
· Fizika-riyaziyyat fakültəsi (fizika, riyaziyyat, informatika);
· Hüquq fakültəsi;
· Fəlsəfə fakültəsi;
· Pedaqoji fakültə;
· Sosial elmlər fakültəsi (iqtisadiyyat, menecment, jurnalistika, beynəlxalq münasibətlər);
· Təbiətşünaslıq fakültəsi;
· Bədən tərbiyəsi və idman fakültəsi
· Humanitar elmlər fakültəsi
Praqa Nyu-York universiteti
Nyu-York universitetin əsası (UNYP) Praqa şəhərində 1998-ci ildə Nyu-York dövlət universitetinin, Nyu-York şəhəri New Paltz universitetinin və Nyu-Yorkda yerləşən Empire State College-in dəstəyi ilə qoyulmuşdur. Universitet bakalavr, magistr, MBA (Master’s of Business administration) proqramları üzrə tədris aparır. Praqa Nyu-York universiteti iki bakalavriat sistemi üzrə tədris təklif edir: Amerika bakalavriat sistemi və Avropa bakalavriat sistemi
Amerika bakalavriat sistem i
Bu proqram Çexiyada qalmaqla dünyada tanınan Amerika təhsilini əldə etmək imkanı imkanı yaradır. Bu proqram 4 il davam edir. Təklif olunan ixtisaslar:
· İki diplom almaqla ikili proqram: ABŞ Nyu-york universitetinin təqdim etdiyi Amerika bakalavr dərəcəsi və Praqa Nyu-York universitetinin təqdim etdiyi Avropa bakalavr dərəcəsi (bu, aşağıda göstərilən ixtisasların Çexiya respublikası təhsil nazirliyi tərəfindən akreditasiya olunması nıticısində mümkün olmuşdur). Təklif edilən ixtisaslar:
Business Administration – “Müəssisə iqtisadiyyatı və menecmenti”,
Communication a mass media – “Komunikasiya və kütlə mediası”,
İnternational relations – “Beynəlxalq münasibətlər”
· Nyu-Yorkun Empire State College universiteti tərəfindən təqdim olunan Amerikan bakalavr dərəcəsini almaqla vahid proqram. Təklif edilən ixtisaslar:
Psychology – Psixologiya
English language and literature – “İngilis dili və ədəbiyyatı”
Amerikan bakalavriatı proqramı üzrə təhsil alan tələbələr Praqa Nyu-York universitetinin əməkdaşlıq etdiyi Amerika universitetlərindən birinə keçmək imkanına malik olurlar.
Avropa bakalavriat sistemi
Nyu-York universiteti 3 il davam edən Avropa balavriat sistemi üzrə tədrisin akkreditasiyasına malikdir. Tədris ingilis dilində aparılır.
İxtisas:
Business Administration – “Müəssisə iqtisadiyyatı və menecmenti”.
Praqa otel işi universiteti
Ali məktəb otel işi, qastronomiya və tur biznes sahələrində ixtisaslaşmışdır. Məqsəd aşağıda göstərilən maraqlı fəaliyyət sahələrində çalışmaq istəyən şəxslərə yüksək peşəkarlığa malik təhsil xidmətlərini göstərməkdir.
· Otel biznesində və turizmlə bağlı digər müəssisələrdə orta və ali menecment;
· Otel işi, qastronomiya və turizm sahəsində sahibkarlıq;
· Bir sıra digər sahələrdə menecer vəzifəsi
Praqa otel işi universiteti tələbələrinə uğurlu təhsil üçün bütün lazımı şəraiti yaradır. Bakalavr dərəcəsində təhsil 3 il (6 semestr) davam edir. Yaz semestrlarında tələbələr üç həftəlik təcrübə keçir. III kursun bir hissəsi diplomqabağı təcrübəyə həsr olunur, 6-cı semestrin sonunda isə bakalavr imtahanı keçirilir və diplom təltif edilir. Bəzi semestrlarda tədris prosesinin bir hissəsi iki modula bölünür, imtahanla və məqbullarla yekunlaşır. Davamlı magistratura təhsili 2 il (4 semestr) davam edir. 3-cü semestrin əvvəlində diplomqabağı təcrübə, 4-cü semestrin sonu isə yekun dövlət imtahanı və diplom işinin müdafiəsi.
Maliyyə və idarə universiteti
Maliyyə və idarə universiteti Çexiya respublikasında dinamik şəkildə inkişaf edən müasir özəl ali məktəbdir. Ali məktəb bakalavr dərəcəsi üzrə (Bc. dərəcəsi verməklə) tədris xidmətləri təqdim edir. Bakalavr təhsili magistr proqramı üzrə təhsillə davam etdirilə bilər (Müh. – mühəndis və ya Mgr. dərəcəsi verilməklə). ABŞ-in City University of Seattle ilə əməkdaşlıq çərçivəsində Maliyyə və idarə universiteti dünyada qəbul edilən MBA menecer tədris proqramı ingilis dilində tədrisini təşkil edir. Burada ingilis dilində yalnız BSBA və MBA proqramları, Erasmus proqramı üzrə dərslər və bəzi xüsusi kurslar və xarici müəllimlərin mühazirələri aparılır.
Bakalavriat
İqtisadiyyat və menecment, ixtisaslar: Müəssisə idarəsi və maliyyə, Maliyyə, Maliyyə xidmətləri və idarə
İnformatika: Tətbiqi informatika
Magistratura:
İqtisadyyat və menecment, ixtisaslar: Müəssisə idarəsi və maliyyə, Maliyyə, Maliyyə xidmətləri və idarə
İnvestisiya və təhsil – bu iki sahə gələcəyinizə edə biləcəyiniz ən böyük qoyuluş hesab edilir, nəticədə qazancınız qoyuluşunuzu bir neçə dəfə üstələmiş olur. LSinterinvest firması sizə Çexiya respublikasının özəl və dövlət ali məktəblərində istənilən ixtisas üzrə təhsil almağa imkan yaradır. Sənədlərin yığılması ilə və alı məktəbə daxil olmaqla bağlı hər bir kömək göstərir.