Cexiyada turizm
Cexiyada turizm sahəsi Avropada ən ön sıralarda gedir. Hər il dünyanın hər yerindən bu ölkəni 40 milyondan artıq turist ziyarət edir. Bu sayda turistləri ölkəyə nə cəlb edir?
1. Ölkənin zəngin tarixi və mədəniyyəti
Cexiya özünün tarixi abidələri ilə çox zəngindir. Ölkənin hər şəhərində nəfis memarlığı və maraqlı tarixi olan çoxlu sayda kilsələr, malikanələr, orta əsr qəsrləri hər zaman turistlərini diqqətini cəlb edir. Tək Praqada qədim Çex memarlığı abidələrinin seyri üçün ən azı iki həftə vaxt tələb olunur.
2. Orta Avropa qiymətindən aşağı Avropa keyfiyyəti
Çexiyada Siz Avropanın istənilən digər inkişaf etmiş ölkəsində olanların hamısına rast gələ bilərsiniz – bu, həm rahat otellər, həm çoxlu sayda müxtəlif kafe və restoranlar, həm geniş çeşiddə müxtəlif turlar, həm unudulmaz təbiət mənzərələri, həm gəzinti katerlərində romantik axşamlar və sair və ilaxır. Bunula yanaşı, digər Avropa ölkələrindən fərqli olaraq, bütün bunlar üçün Siz o qədər də çox vəsait sərf etməyəcəksiniz. Çünki xidmət sahəsində olan qiymətlər, bütövlükdə yaşayış məsrəfləri belə, hətta Bakıda adi saydığımız qiymətlərdən çox aşağıdır. Məsələn, Praqa üçün tipik olan bir restoranda Siz bir nəfərə 10-15 avro ödəməklə soyuq qəlyanaltı, isti yemək, iki bokal əla şərab və desert sifariş edə bilərsiniz. Parisdə və yaxud Romada Siz eyni sifariş üçün 50-60 avro ödəməli olacaqdınız.
LS INTERINVEST Sizə aşağıdakı xidmətləri göstərməyə hazırdır:
- Sizin üçün Çexiyaya turist səyahətinin təşkili;
- Ailə istirahətiniz üçün Praqa və Karlovı Varı şəhərlərində kirayə mənzillərin tapılması;
- Çexiyada Sizin satın almaq istədiyiniz mənzilin tapılması və sonradan Çexiya ərazisinə maneəsiz daxil olmaq üçün sənədlərin tərtib olunmasında yardımın göstərilməsi.