Karlovı Varıda müalicə
Şəhərin təməlini təxminən1350-ci ildə Çexiya kralı və Roma imperatoru IV-cü Karl qoymuşdur. Karlovı Varının yaranması və kurortun sonrakı inkişafı hər zaman burada olan isti mineral qaynaqlarının müalicəvi təsiri ilə bağlı olub. Karlovı Varıda yerin qatından temperaturu 30°-dan 73°C-dək olan 14 bulaq mövcuddur, bunların ən istisi - Vrjidlo (Geyzer) adlanan bulaq yerin az qala 2 km qatından qalxaraq, 12 m hündürlüyə püskürür. Qaynaqlardan alınan su həm içilir, həm də vanna və digər xüsusi prosedurlar üçün istifadə olunur.
Karlovı Varı mineral suları orqanizmə əhəmiyyətli və çoxtərəfli təsir göstərir.
Karlovı Varı mineral suları:
- mədə və bağırsaqların pozulmuş sekresiyası və motorik funksiyalarının normaya gətirir;
- iltihaba qarşı və spazmolitik təsirə malikdir;
- dispeptik mədə və bağırsaq pozuntularını aradan qaldırır;
- qaraciyərin sekretor fəaliyyətini və öd ifrazatını artırır - bununla öd kisəsinin və öd yollarının pozulmuş funksiyalarını tənzimləmiş olur;
- xroniki iltihab proseslərinin aradan qaldırılmasını təmin edir;
- həzm proseslərinin keyfiyyətini yaxşılaşdırır, bunun nəticəsində vitaminlərin, enzimlərin, mineral və digər qidalandırıcı maddələrin mənimsənilməsini artırır.
Müalicə maddələr mübadiləsinə aid əsas proseslərə yaxşı təsir göstərir, bu səbəbdən o, şəkər xəstəliyi (diabet), piyləşmə, podaqra, qanda xolesterin səviyyəsinin artıq olması hallarında tətbiq olunur. Bundan başqa, müalicəvi suyun içilməsi orqanizmdən müxtəlif toksik maddələrin xaric olunmasını yaxşılaşdırır. Bütün bunlar orqanizmin bərpasına, onun cavanlaşmasına və immunitetin artırılmasına müsbət təsir göstərir.
LS İNTERİNVEST ilin hər fəslində Sizə məşhur kurortun istənilən sağlamlıq ocağında təsirli müalicə almağa yardım göstərəcək.