Haqqımızda
«LS InterInvest» şirkəti 2009-cu ilin yanvar ayında yaradılmışdır. Başlanğıcdan qarşıya aşağıdakı məqsədlər qoyulmuşdur:
- Azərbaycan məktəblilərinin və tələbələrinin keyfiyyətli avropa təhsili almasını təmin etmək
- ölkə vətəndaşlarının Çexiyada daşınmaz əmlak almasına şərait yaratmaq
-Azərbaycanın işgüzar şəxslərinə Çexiya Respublikasında investisiya iqliminin cəlbediciliyini göstərmək
- Çexiyanın məşhur müalicə kurortlarında müalicə almaq üçün bu gözəl ölkəyə baş çəkmək istəyən həmvətənlərimizə köməklik göstərmək
Ötən illər ərzində biz bu məqsədlərə nail olmaq istiqamətində planlı şəkildə hərəkət edirik. Bu gün biz fəxrlə deyə bilərik ki, sadaladığımız sahələrin hər biri üzrə Çexiyanın yalnız ən yaxşı şirkətləri bizimlə əməkdaşlıq edir. Məsələn, biz Praqa Tədris Mərkəzinin (PEC) regional nümayəndəsiyik ki, onun da rusdilli abituriyentlərin hazırlığı üzrə proqramı haqlı olaraq Çexiyada ən yaxşı proqram hesab edilir.
Hər il «LS InterInvest» şirkəti sayəsində bizim onlarla həmvətənimiz həm bu heyranedici ölkəni – Çexiyanı, həm də onun biznes, təhsil və yaşayış üçün təqdim etdiyi zəngin imkanları kəşf edirlər.