Praqanın Zlonin qəsəbəsində evlər
LS InterInvest Praqada taunhauslardan ibarət tikinti layihəsini Sizin diqqətinizə çatdırır. Taunhaus - gündəlik həyat tərzinə, eləcə də təbiət qoynunda istirahət üçün uyğunlaşdırılmış, torpaq sahəsi və qaraja malik şəhər tipli böyük olmayan evdir. Taunhauslar həmişə bilavasitə şəhərə yaxın, və yaxud şəhərdən kənar, həmçinin rahat yol və nəqliyyat imkanlarına malik yerlərdə yerləşirlər. Taunhauslar daim bütün mühəndis kommunikasiyaları ilə təchiz olunurlar, hətta kabel televiziyası və İnternet rabitəsi də daxil olmaqala. Bütün bunlar "taunhaus " anlayışını bizim adət etdiyimiz "bağ evi" anlayışından fərqləndirir və onu Avropada ən məşhur və keyfiyyətli yaşayış növünə çevirir. Avropada taunhausların məşhurluğu o səviyyəyə çatdı ki, Avropa şəhərlərinin ətraflarında, çox sürətlə, arxasınca şəhərin infrastrukturunu aparan iri qəsəbələr salınmağa başladı. 5-7 il bundan öncə salınmış qəsəbələrin yaxınlığında artıq bu gün metro stansiyalarını görmək olar.
Bizim şirkətimiz Praqanın ətrafında yerləşən Zlonin qəsəbəsindəki taunhausları Sizin diqqətinizə çatdırır. Bu taunhauslar şəhərin sərhəddindən üç kilometr aralıda yerləşirlər. Layihənin əsas özəlliklərindən biri onun məsafə baxımından əlverişli olmasıdır. Minik avtomobili vasitəsilə bu taunhauslardan Praqanın mərkəzinə 17-20 dəqiqəyə, səhər erkəndən gecəyə kimi fəaliyyət göstərən ümumi nəqliyyat vasitələriylə isə 30 dəqiqəyə çatmaq mümkündür. Bu layihənin digər vacib göstəricisi onun qiyməti ilə bağlıdır. Tikinti şirkəti inşaatın yüksək keyfiyyətini saxlamaq şərtilə, taunhausları son dərəcə ucuz qiymətlərlə təklif edir.