Çexiyaya köçmə
Orta ailənin köçməsi üzrə hərərkətlər sxemi
Bir çox hallarda, müxtəlif səbəblərdən, biz öz həyatımızı tamamilə dəyişmək qərarına gəlirik, yəni, başqa ölkəyə köçərək, yeni həyata qədəm qoymaq istəyirik. Belə halda Cexiya ən münasib ölkə sayıla bilər – buradakı gəlişmiş iqtisadiyyat, möhkəm və etibarlı hüquq sistemi, biznesin aparılması üçün münbit şərait, daşınmaz əmlakın alınmasında elastik şərtlər, yüksək ekoloji göstəricilər və s. buna zəmin yaradır.
Bundan başqa, LS InterInvest şirkətinin vasitəçiliyi sayəsində bütün söylənənlər hətta orta təminatlı ailələr üçün də gerçəkləşə bilər. Məsələn, Bakıda mənzili olan sıravi ailə üçün tərəfimizdən hazılanmış standart hərərkətlər sxemi ilə tanış ola bilərsiniz.
Bu işdə ilk addım olaraq hərəkətlərinizin ümumi strategiyasını müəyyən etməliyik. Bunu etməkdən ötrü Siz bizim ofisə gəlsəniz, biz çay masası arxasında aparılan birgə söhbət zamanı məsələlələri və şərtləri dəqiqləşdirə bilərik. Bundan başqa, biz Sizin üçün uzunmüddətli viza və yaxud müvəqqəti yaşama icazəsi, işləmək hüququnun alınması, mənzilin alınması və yaxud kirayəsi, çex dili üzrə ibtidai tədris, Çexiyada yeni biznesin qurulması, hazır biznesin alınması və s. məsələlərə dair hərərkətlər planı tərtib edə bilərik.