Orta ailənin köçməsi üzrə hərərkətlər sxemi
Təsəvvü edək ki, orta ailə - Bakıda öz mənzilində yaşayan əmək qabiliyyətli ər-arvad və yetkinlik yaşına çatmamış bir uşaqdan ibarətdir.
Məsləhətləşmə | Tanışlıq səfəri | Sənəndlərin tərtibatı | Çex dilinin öyrənilməsi | Daşınmaz əmlakın alınması | Köçmə |
Məsləhətləşmə.
Dəyəri – 0 avro.
İlk öncə biz Bakıdakı ofisimizdə görüşməliyik. Çay masası arxasında biz başqa ölkəyə köçmək kimi vacib planın bütün təfsilatlarını izah edə, bütün suallarınıza cavab verə, dəqiq strategiya və hərəkətlər ardıcıllığını işləib hazırlaya bilərik.
Tanışlıq səfəri
Təxmini dəyəri – 2500 avro (7 gün 2 nəfərlək)
Əlbəttə, tanışlıq səfəri şərt deyil. Bununla belə, biz Sizə Çexiyanı öz gəzlərinizlə görməyi israrla məsləhət görərdik – bu, Sizdə ölkə haqqında real təsəvvür, qərarınızın düzgün olduğu haqda əminlik yarada bilər. Bundan başqa, səfər zamanı Siz yaşamaq istədiiniz mənzil də “gözaltılaya” bilərsiniz (bu barədə bir qədər sonra).
Sənədlərin tərtibatı
Təxmini dəyəri – 8000 avro (hesabat: tam tərkibdə ailə üçün (2 böyük + 1 uşaq), viza rüsumları, səfirliyə getmə xərcləri, tibbi sığorta və s. məsrəflər).
Bu addım ailə üzvlərinin hər biri üçün uzun müddətli viza, ailənin əmək qabiliyyətli üzvləri üçün işləmək icazəsi, bütün ailə üzvlərinin 1 illik tibbi sığortası və yalnız Sizin ailə üzvlərinin təsisçi və nüdiri olan şirkətin Çexiyada qeydiyyata alınmasnı təmin edən bir sıra hərəkətlərdən ibarətdir.
Bu mərhələdə biz Sizdən bir sıra sənədləri toplamağı xahiş edəcəyik, bundan bir müddət sonra Siz Çexiya səfirliklərinin birində müsahibədən keçməlisiniz. Bu zaman Siz aydın anlamalısınız ki, istınilən halda son söz səfirliyin olacaq, və nə bizim şirkət, nə digər vasitəçilər bu mərhələdən keçməyinizə tam zəmanət verə bilməz. Ən vacibi odur ki, Siz, Çexiyaya köçdüdən sonra, bu ölkəyə yük olmamalı, əksinə fayda verməlisiniz – səfirlikdəki müsahibə zamanı Siz onun əməkdaşlarını məhz buna inandırmalısınız. Müsahibədən keçmədikdə, Siz bunu yenə və yenə edə bilərsiniz, lakin bu, Sizin üçün əlavə xərc deməkdir. Buna görə, biz Sizə, ölkəyə köçdükdən sonra dəqiq hərəkət planı olmadan, bu addımı atmağa məsləhət görmürük.
Bu mərhələ Sizdən təxminən 6 ay vaxt tələb edəcək, və bu vaxtı səmərəli istifadə etmək lazımdır.
Çex dilinin öyrənilməsi
Təxmini dəyəri – 1500 avro (hesabat: 2 nəfər x həftədə 2 məşğələ x 6 ay).
Sənədləriniz tərtib olunan müddətdə biz Sizə israrla Çex dilini öyrənməi tövsiyyə edirik. Çexiyada nə ilə məşğul olacağınızdan asılı olmayaraq, bu dili bilmək Sizə lazım olacaq. Bundan başqa, səfirlikdə müsahibəni çex dilində keçsəniz, bu, Sizə uğur gətirə bilər.
Bizim çex dili kursları barədə məlumat baxın.
Daşınmaz əmlakın alınması
Təxmini dəyəri – 12 000 avro (ilkin ödəniş)
Yaşayış sahələrinin dəyərini ödəmək qaydaları elastik oldğundan, Praqada mənzil sahibi olmaq təsəvvür etdiyinizdən asan bir məsələdir.
Bu gün biz Sizə Praqada, yüksək keyfuyyətli yeni tikilmiş binada, təmirli, yeraltı qarajda maşın yeri olan, anbarlı və sığortalı ikiotaqlı mənzili 120 000 avroya yaxın qiymətə təklif edə bilərik. Bu zaman, Siz məbləğin cəmi 10%-ni dərhal, qalan məbləği isə mənzilə köçdükdən sonra 9-10 ay ərzində ödəməlisiniz (yeri gəlmişkən, hal-hazırda, mənzilin dəyəri tam ödənildikdən sonra Sizə avtomobil almaq hüququ verən pulsuz kuponların verilməsi aksiyası davam edir). Yəni, Bakıdakı mənzilin satışı üçün Sizin sərəncamınızda 9-10 a vaxt olacaq.
Yeri gəlmişkən, ipoteka krediti əldə etsəniz, 9-10 fydan sonra Siz dəyərin 100 faizini yox, bir qismini ödəyə bilərsiniz. Yəni, Sizin sərəncamınızda biznesin qurulması və yaxud alınmasl üçün boş vəsait qalacaq. Məsələn, 50 000 avroya Siz ailənizən normal həyatını təmin edəcək dərəcədə gəlir gətirən kiçik mağaza ala bilərsiniz.
Köçmə
Təxmini dəyəri – 10 000 avro (hesabat: aviabiletlər + təzə mənzil üçün mevbel və ev əşyaları).
Çexiyada yaşamaq və işləmək üçün bütün sənədlər, Praqada yeni mənzil, avtomobil və, bəlkə də, hazır biznes əldə etdikdən və çex dilini öyrəndikdən sonra Sizə yalnız bu ölkəyə köçmək və yeni həyatın qurulmasına dair xoş işlərlə məşğul olmaq qalır.