Central Group kompaniyası Çexiya bazarında ən böyük tikinti qurumudur. Bu şirkət yüksək keyfiyyətli və əhalinin bütün təbəqələrinin imkanı çatan şərtlərlə təzə tikilmiş daşınmaz əmlak təklif edir.
Central Group kompaniyasının inşa etdiyi mənzil və kotteclərin hamısı bütünlüklə Avropa standartlarına uyğundur və tam təmir olunmuş vəziyyətdə verilir - yəni, mənzilə köçdükdən sonra Sizə ancaq mebel və işıqlandırma sistemi üçün lazım olan alət və cihazları almaq qalır. Bundan başqa, əksər hallarda qiymətlərə avtomobili saxlamaq üçün yeraltı qaraj, anbar, telekommunikasiya xətləri, siqnalizasiya sistemi, sığorta və s. də daxil edilir.
Kompaniya həm də bir neçə ödəmə variantı təklif edir. Ən populyar variant fərdi maliyyələşdirmə proqramıdır. Bu proqramın şərtlərinə əsasən, Siz yalnız 10 faiz həcmində ilkin ödəniş edirsiniz, qalan məbləği isə obyekt istifadəyə veriləndən bir il sonra illik 8 faiz olmaqla ödəyə bilərsiniz. Bu variant daha çox təzə mənzilə artıq köçəndən sonra borcunu köhnə mənzilinin satışı hesabına ödəmək istəyənləri cəlb edir.
Siz Central Group kompaniyasının təklif etdiyi daşınmaz əmlak obyektləri və onların əldə edilməsi qaydaları barədə daha ətraflı məlumatı bizim ofisimizdən və ya Central Group kompaniyasının saytından öyrənə bilərsiniz (qiymətləri və hər bir obyektin müfəssəl təsvirini əks etdirən çex variantına baxın).
Xüsusi qeyd edirik ki, biz Central Group kompaniyasından daşınmaz əmlak almaq qərarına gələn müştərilərdən faiz (haqq) götürmürük və daşınmaz əmlakın alınması üçün müqavilə birbaşa Central Group kompaniyasının özü ilə bağlanır. LS İnterİnvest kompaniyası Central Group kompaniyasının Azərbaycanda rəsmi tərəfdaşıdır və biz həm informasiya agenti, həm də sənədlərin tərtib olunmasında köməkçi rolunu icra edirik.