Mağaza
Praqada, eləcə də Çexiyanın bütün digər şəhərlərində ərzaq mağazalarının və köşklərinin yerləşməsi sistemi Bakıda bizim adət etdiyimizdən fərqlənir. Belə ki, əgər biz Bakının istənilən rayonunda bizə lazım olan zəruri gündəlik tələbat mallarını evdən 200 metr radiusda ala biləriksə, Çexiyada bu heç də belə deyildir. Çexiyada əhalinin əsasən böyük hissəsinin “bazarlıq” etdiyi bir neçə ərzaq məhsulları şəbəkəsi – supermarketlər vardır. Ancaq supermarketlər, bir qayda olaraq, yaşayış məhəllələrindən uzaqdakı ticarət mərkəzlərində yerləşir və əksər hallarda yalnız axşama-şər qarışana qədər işləyir. Elə bu səbəbdən də kassaların önündə tez-tez uzun növbələrin yarandığını görmək olar. Yəni sizə, misal üçün, bir şüşə su, pivə və ya bir ədəd çörək almaq lazım olsa, deməli, yaxınlıqdakı supermarketə (əgər açıqdırsa) getmək üçün nəqliyyatdan istifadə etmək məcburiyyətində qalacaq, üstəlik də kassada növbəyə dayanmalı olcaqsınız. Əlbəttə, Çexiyada bizim burada adət etdiyimiz zəruri tələbat malları ilə dolu olan və gecəyarısına qədər işləyən balaca ərzaq dükanları da vardır. Ancaq onların sayı olduqca azdır.
Beləliklə, kommersiya məqsədilə münasib ərazidə uyğun yer götürməklə Siz o qədər də böyük olmayan ərzaq mağazası aça və özünüzü heç də pis olmayan stabil gəlirlə təmin edə bilərsiniz. Yeri gəlmişkən, hazır, yəni artıq “relsə qoyulmuş” mağaza almaq da mümkündür. Belə biznesin dəyəri adətən 25.000 avrodan başlayır.
LS İNTERİNVEST firması Sizə aşağıdakı xidmətləri göstərməyə hazırdır:
- almaq və ya icarəyə götürmək üçün kommersiya binaları, yaxud hazır biznes üzrə təkliflər tapmaq;
- firmanı Çexiyada qeydiyyatdan keçirmək və zəruri olan lisenziyaları almaq;
- Sizin üçün (həmçinin ailə üzvləriniz və ortaqlarınız üşün) biznes-vizaların tərtib edilməsində köməklik göstərmək;
- Sizə və Sizin Çexiyadakı biznesinizə zəruri hüquqi və məsləhət dəstəyini təmin etmək.