Daşınmaz əmlak
Daşınmaz əmlak obyektlərinin seçimi | Tanışlıq səfəri | Sənədlərin tərtibatı | Uzunmmüddətli vizaların tərtibatı |
Əgər Siz Çexiyada daşınmaz əmlaka sərmayə qoymaq qərarına gəlmisinizsə, Siz ilk növbədə tələblərinizə uyğun olan bir və yaxud bir neçə obyektə diqqət yetirməlisiniz. Bundan ötrü Sizə LS InterInvest şirkətini ofisinə müraciət etmək və tələblərinizi ifadə etmək kifayətdir. Bu zaman Siz maraqlandığınız daşınmaz əmlak növünü və nəzərdə tutduğunuz ödəmə üsulunu göstərməlisiniz (birdəfəlik tam ödəmə, mərhələli ödəmə və yaxud ipoteka krediti). Bir neçə gün ərzində Sizə tərəfimizdən, maraq göstərə biləcəyiniz bir neçə əmlak obyektlərinə dair məlumat təqdim olunacaq.
Bundan başqa, Siz özünüz bizim tərəf-müqabilimiz olan Central Group şirkətinin təklif etdiyi daşınmaz əmlakla birbaşa tanış ola bilərsiniz – bu şirkət Çexiyada ən iri inşaat şirkətlərindən biridir. Şirkət ən yüksək səviyyəli yeni mənzillər, kotteclər və Praqa və Karlovı Varıda torpaq sahələri təklif edir. Central Group şirkəti ən elastik ödəmə şərtləri təklif edir. Bu gün biz Central Group şirkətinin təkliflərini ən məqbul sayırıq, bu səbəbdən Sizə bu şirkətin təklif etdiyi daşınmaz əmlak obyektlərini nəzərdən keçirməyi tövsiyyə edirik. Bu obyektlərin təfsilatlı çeşidi, qiymətləri və təklif olunan ödəmə şərtləri ilə Siz şirkətin http://www.central-group.cz ünvanlı saytında tanış ola bilərsiniz (daha dəqiq məlumat almaq üçün çex dilində olan versiyaya müraciət edin). Yeri gəlmişkən, LS InterInvest müştərilərdən Central Group-un təklif etdiyi obyektlərə görə komisyon ödəmələr almır.
Bir və yaxud bir neçə obyekt seçdikdən sonra, biz Sizə Çexiyaya səfər etməyi məsləhət görürük. Bu, Sizin üçün “həm ziyarət, həm ticarət” ola bilər: seçdiyiniz obyektlərlə tanış olmaqla yanaşı, Siz bu ölkədə dincələ bilərsiniz. LS InterInvest böyük məmnuniyyətlə bu səfəri təşkil edə bilər, bizim Çexiyadakı nümayəndələr isə seçdiyiniz obyektlərlə tanış olmaqda Sizə yardımçı ola bilər.
Əgər Siz bu barədə gəti qərara gəlmisinizsə, növbəti mərhələ müqavilənin bağlanması olacaq. Təbii ki, LS InterInvest Sizin üçün bütün lazımi sənədləri tərtib edəcəkdir.
Bundan başqa, əgər istəsəniz, LS InterInvest şirkəti Sizin və ailəniz üçün Çexiya ərazisinə sərbəst daxil olmaq üçün uzunmüddətli vizaların alınmasında da yardımçı ola bilər.
Çexiyada mənzil sahibi olan əcnəbi vətəndaşlar mənzillərini, özləri ölkədə olmadığı müddətə və yaxud uzunmüddətli icarəyə verirlər. Belə halda da LS InterInvest Sizə yardımçı ola bilər.