Praqa Tədris Mərkəzi (Prague Education Center)
Praqa Tədris Mərkəzi (PragueEducationCenter) Çexiyanın paytaxtında əcnəbi tələbələrin hazırlığı üzrə ən iri mərkəzdir. Tədris korpusu prestijli Vinohrady rayonunda yerləşir ki, bura da şəhərin mərkəzindən piyada bir neçə dəqiqəlik məsafədədir.
PEC-in memarlıq abidəsi sayılan beşmərtəbəli binası iyirminci əsrin əvvəllərində tikilmişdir. Əvvəlcə o, tədris müəssisəsi qismində istifadə üçün nəzərdə tutulmuşdu, buna görə də interyerlər təhsil üçün əla planlaşdırılmışdır. Binada çoxsaylı dərs sinifləri, kompüter sinifləri, istirahət otaqları, eləcə də kitabxana və bufet yerləşir. Mərkəzin arxa həyəti vardır ki, buraya da tələbələr tənəffüslərdə təmiz hava almaq üçün çıxırlar. Binaya giriş kodlu kilidlə məhdudlaşdırılır, onu da yalnız Mərkəzin əməkdaşları və tələbələri aça bilər.
Mərkəzin dərs sinifləri 12 nəfərə+müəllimə hesablanmışdır. Sinif otaqları və həm klassik məşğələlər, həm də audio-video texnikanın istifadəsi üçün yaxşı işıqlandırılmış və təchiz edilmişdir. Siniflərdəki masalar 'П' hərfi şəklində yerləşdirilmişdir ki, bu da müəllimlərin bütün tələbələrə eyni diqqət ayırmasına şərait yaradır.
Siniflər İnternetə yüksək sürətlə qoşulmuş onlarla müasir kompüterlə təchiz edilmişdir. Kompüter siniflərində tələbələr nəinki öz doğmalarına və yaxınlarına məktub yazırlar, həm də dərs hazırlamış olurlar: çünki Çexiya ali məktəbinin tələbəsi kompüter texnologiyasını bilməli və İnternetdə çex dilində işləməyə bələd olmalıdır.
Mərkəzin bufetində tələbələr nəinki yüngül qəlyanaltı edə, həm də “tələbə” qiymətinə ev şorbası ilə nahar edə bilərlər. Mərkəzin bufeti səhər tezdən bütün məşğələlər başa çatanadək açıqdır, buna görə də bufetdə nəinki nahar etmək, həm də səhər yeməyi yemək olar.
Mərkəzdə tələbələr həmçinin asudə vaxtlarını keçirə - filmlərə, televerilişlərə baxa, musiqi dinləyə, kino-məşğələlərdə çex dili biliklərini dərinləşdirə bilərlər. Burada tələbələr klassik və ən yeni çex filmlərinə baxırlar, dil biliyini və qavramanı inkişaf etdirirlər, eləcə də çex mədəniyyəti ilə yaxından tanış olurlar.
Tədris mərkəzinin strukturunun inkişaf planlarında trenajor zalının, stolüstü tennisi, bilyardı və stolüstü oyunları olan istiharət zallarının açılması vardır. Eləcə də siniflərdə media-texnikaların sayı da artırılacaqdır.
Bu Mərkəzin fəaliyyəti barədə tam məlumatı www.educationcenter.cz saytından əldə edə bilərsiniz.
Qeyd edək ki, şirkət PEC-in Azərbaycanda yeganə rəsmi təmsilçisidir. Ofisimiz Bakı şəhəri, Caspian Plaza, 14-cü mərtəbədə yerləşir.