Təhsil
Çexiya respublikasında ali təhsil çoxəsrli tarixə malikdir.
Bu gün Çexiyada ali təhsil proqressiv şəkildə inkişaf edən ali məktəblər, elmi və inzibati mərkəzlər sistemidir.
Bu gün Çexiya respublikasında baklavr, magistr, mühəndis və doktor hazırlayan müxtəlif təşkilati-hüquqi formalara malik 30-dan artıq dövlət və 40-a yaxın özəl ali məktəblər fəaliyyət göstərir. Çexiya təhsilinin bütün səviyyələri Beynəlxalq təhsil təsnifatı normalarına (ISCED) və Avropa birliyi standartlarına tam uyğundur. Çexiya ali məktəb diplomları dünyanın istənilən ölkəsində tanınır. Çexiya ali məktəbləri – tələbələrə həqiqətən keyfiyyətli təhsil səviyyəsi, akademik baza əsasında inkişaf və bilik təklif edən mükəmməl, zəngin və təcrübəli ali məktəblərdir.
Çexiya dövlət ali məktəblərində çex dilində təhsil həm Çexiya vətəndaşları, həm də xaricilər üçün ödənişsizdir. Ölkənin özəl ali məktəblərində təhsil həm çex, həm də ingilis dilində mümkündür. Təhsil haqqı illik 2 000 – 12 000 USD təşkil edir və konkret ali məktəb və ixtisasdan asılıdır.
Çexiya ali məktəblərə daxil olmaq üçün əsas tələblər
Çexiyada ali təhsil almaq istəyən abiturientlər (avqust ayinda) aşağıdakı təhsil səviyəsinə malik olmalıdırlar:
a) bakalavr proqramına (tədris I kursdan başlayır) daxil olmaq üçün MDB ölkələrində tamamlanmış orta təhsil (11-ci sinif, Peşə texniki məktəbi, texnikum və s.);
b) magistr proqramına daxil olmaq üçün tamamlanmış ali təhsil (bakalavr, magistr).