Palatski adına Universitetdə təhsil (Olomouts)
"LS InterInvest" şirkəti Azərbaycandan olan abituriyentlərə Palatski adına Universitetin tibb fakültəsində təhsil almaq imkanını təklif edir. Biz Sizə nəinki qəbul imtahanlarını keçməkdə kömək edirik, həm də Palatski adına Universitetin tibb fakültəsinə qəbul olacağınıza zəmanət veririk.
Onu da qeyd edək ki, Universitetdə təhsil ödənişlidir və ingilis dilində aparılır.
Olomoutsda Palatski adına Universitet
Çexiyanın Olomouts şəhərində yerləşən Palatski adına Universitetin zəngin tarixi vardır. Hələ 16-cı əsrdə Moravada Yezuit adlanan universitet yaradılmışdı, onun tərkibində gimnaziya, eləcə də fəlsəfə və ilahiyyat fakültələri fəaliyyət göstərirdi.
Neçə illər ərzində - 1778-ci ildən 1782-ci ilədək – unviersitet müvəqqəti olaraq Brno şəhərində köçürülmüşdü. Sonra o, Olomoutsa geri qaytarıldı, lakin dörd fakültəli lisey qismində: ilahiyyat, hüquq, tibb və fəlsəfə.
В 1946-cı ildə tədris müəssisəsi tanınmış yazıçı və siyasətçi Frantişk Palatskinin şərəfinə - Olomoutsda Palatski adına Universitet adlandırıldı.
Bu gün Universitetin tərkibinə yeddi fakültə daxildir: ilahiyyat, tibb, fəlsəfə, təbiətşünaslıq, pedaqogika, hüquq və bədən tərbiyəsi fakültələri. Burada təhsil alan tələbələrin sayı təxminən 15 000 nəfərdir.
Olomoutsda Palatski adına universitetin tibb fakültəsi
Palatski adına Unviersitetin tibb fakültəsində bakalavr, magistr və ya doktor dərəcəsini almaq olar. Eləcə də burada “Üçüncü nəslin Unviersiteti” proqramı üzrə tədris aparılır.
Praktiki tədris Olomouts şəhərinin xəstəxanasında elmi-tədqiqat işlərinin üç prioritet istiqaməti üzrə keçirilir: ürək xəstəlikləri, onkologiya və transplantasiya proqramları. Fakültə həmçinin molekulyar-bioloji, immunoloji və epidemioloji istiqamətlərin inkişafına köməklik edir. Tibb fakültəsinin bazasında Molekulyar strukturların analitik kimya mərkəzi və molekulyar biologiya və tibb mərkəzi uğurla fəaliyyət göstərir.