Tez-tez verilən suallar

Sizə lazım olan məlumatı tapa bilmədiniz? Bizimlə əlaqə saxlayın!

999+

müştərilərimiz artıq peşəkarlığımızı və etibarlılığımızı yüksək qiymətləndiriblər.

15 ildən artıq

tərcümə təcrübəsi, hüquqi və texniki mətnlər daxil olmaqla

8 cavab tapıldı

Sənədlərin tərcüməsi ortalama olaraq 3-4 iş günü çəkir. Ekspress xidmət isə 1 gün (24 saat) ərzində mümkündür. Hazır sənədləri nə vaxt götürə biləcəyiniz barədə məlumat sizə elektron poçt, SMS və ya telefon zəngi vasitəsilə bildirilir.

Ödəniş sənədlərin təqdim edildiyi zaman ofisdə nağd və ya POS-terminal vasitəsilə həyata keçirilir.

Təəssüf ki, hazırda qiymətlərdə endirim təklif edə bilmirik.

Tərcümələr yalnız Azərbaycan dilindən çex dilinə və əksinə həyata keçirilir. Çex dilinə tərcümə olunmuş sənədlər, həmçinin Slovakiyanın Bakıdakı səfirliyində gəbul olunur.

Sənəd azərbaycan dilində olmadığı halda, onu istənilən tərcümə mərkəzində yada Asan xidmətdə tərcümə etmək mütləqdir.

Çex Respublikasının dövlət orqanları üçün: bizim tərcümələr əlavə notarial təsdiq tələb etmir. Slovakiya Respublikasının dövlət orqanları üçün: çex dilinə tərcümə edilmiş sənədlər Slovakiya Respublikasının Azərbaycandakı Səfirliyində təsdiqlənməlidir.

Viza məsələləri ilə bağlı Çex Respublikasının Azərbaycandakı Səfirliyinin Konsulluq şöbəsinə (və ya Slovakiya Respublikasının Azərbaycandakı Səfirliyinə) birbaşa müraciət edə bilərsiniz.

Tərcümə ediləcək sənədlərin orijinalları təqdim olunmalıdır. Tərcüməçi orijinal sənədi tərcümə ilə lent vasitəsilə birləşdirir, möhür və imzasını qoyur.